Expressbank-dan müştərilərə premium kart sevinci
(®) Expressbank müştərilərin yüksək statusun göstəricisi olan premium kartlara artan tələbatlarını nəzərə alaraq “Premium kart sevinci” adlı kampaniya elan edib.
Kampaniya 2019 - cu ilin mayın 15- dək davam edəcək.
Müştərilər qeyd olunan tarixədək yeni kart hesabına minimum 500 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold və ya 1000 AZN/USD/EUR/GBP ilkin mədaxillə VISA Platinum/MasterCard Platinum kartlarını heç bir xidmət haqqı ödəmədən əldə edə bilərlər.
Kart hesabına mədaxil edilən məbləği müştərilər nağdlaşdıra və ya nağdsız ödəniş edərək 30% -dək Cashback qazana bilirlər.
Təklif edilən kartı müştərilər, bankın filiallarına yaxınlaşaraq həmçinin onlayn sifariş edə bilərlər. https://www.exb.az/getpremiumcards
Yüksək statusu vurğulayan premium kartlar eksklüziv xidmətlərə görə fərqlənir. Bu növ kartın sahiblərinə dünyanın istənilən nöqtəsində xüsusi endirimlər, rahat alış-veriş, onlayn ödəniş, nağd pul çıxartmaq və digər xüsusi imkanlar təqdim edilir. Kartın balansını ölkə üzrə quraşdırılmış 700- dən artıq Expresspay ödəniş terminalı və ya onlayn şəxsi kabinet vasitəsi ilə istənilən zaman artırmaq da mümkündür.
Qeyd edək ki, Expressbank 2018- ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanıb.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























