“FRM-l imtahanına hazırlıq” kursuna start verildi
Peşəkar təlimlərin təşkili və keyfiyyətli təhsil xidmətləri ilə ön sıralarda yer alan Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi bir ilkə imza ataraq 15 dekabr 2016-cı il tarixində birinci qrupla “FRM-l imtahanına hazırlıq” kursuna start verib.
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi beynəlxalq dərəcədə tanınmış FRM (Financial Risk Management) və CQF (Certificate in Quantitative Finance) sertifkatlarına malik mütəxəssis Orxan Mansurovla “Quantitative Analyst” (Kəmiyyət analizi) mövzusu üzrə dərslərə start verib.
"Ölkəmizdə son zamanlar mövcud vəziyyət bir daha göstərdi ki, maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübəni tətbiq etmək üçün peşəkar risk menecerlərinin yetişdirilməsi, onların mövcud biliklərinin təkmilləşdirilməsi zərurəti yaranmışdır.
Kursun da məqsədi FRM proqramına aid bilikləri sadə və anlaşıqlı üsullarla hədəf auditoriyasına çatdırmaqla namizədlərin FRM-I imtahanından uğurlu keçirilməsini təmin etmək və Azərbaycanda FRM dərəcəsinə malik olan peşəkarların sayını artırmaqdır.
Qeyd etməliyik ki, kurs 125 saat – 6 ay ərzində davam edəcək. Dərslər həftədə iki dəfə olmaqla; cümə axşamı 2 saat, şənbə günləri 4 saat keçirilir",- Mərkəzi Məlumatında deyilir.
Təlim haqqında ətraflı məlumat üçün: http://cmtc.gov.az/az/frm-1-imtahanina-hazirliq-kursu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























