Azərbaycan Kredit Bürosuna sorğuların sayı 40 faiz artıb
2019-cu ilin I rübünün yekunlarına əsasən Azərbaycan Kredit Bürosu (Büro) ilə müqavilə imzalamış təşkilatların sayı 123-yə çatmışdır.
Büronun yaydığı məlumata görə, hesabat dövrü ərzində üç yeni təşkilat, o cümlədən 1 BOKT, 1 kredit ittifaqı və 1 lizinq şirkəti ilə müqavilə imzalanmış və Büro sisteminə inteqrasiya edilmişdir.
2019-cu ilin ilk rübü ərzində Büronun sistemindən 30 bank və 39 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 567,525 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 40 faiz çoxdur. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 405,544 sorğu yerinə
yetirilmişdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Büroda aparılmış sorğuların 505,027-i (və ya 89%-i) banklar, 62,498-i (və ya 11%- i) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.
Qeyd olunan dövr ərzində 5,511 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət etmişdir. Müraciət etmiş şəxslərin 5,466-sı (və ya 99,2%-i) fiziki, 45-i (və ya 0,8%-i) isə hüquqi şəxslər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























