“Azər Türk Bank” birinci rübü mənfəətlə başa vurdu
Dövlət bankı "Azər Türk Bank"ın 01 aprel 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 332 milyon manat səviyyəsində olmuşdur.
"Azər Türk Bank"dan "Marjaya daxil olmuş məlumat göə, Bankın kredit portfelinin həcmi 156,2 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 33% çoxdur.
Ümumi gəlirlər 7,8 milyon manat , xərclər 7,4 milyon manat olmuşdur. Birinci rübdə Bank, keçən ilin eyni dövrünə nisbətən iki dəfədən çox - 390,6 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Məcmu kapitalın həcmi 52,3 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 23,7 %, leverec əmsalı 14,3% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir. Kapitalın gəlirliyi (RoE əmsalı) 2,83 % səviyyəsində olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 276,3 milyon manat təşkil etmişdir.
Bank 151,5 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 49,8 milyon manatı əhalinin əmanətləridir.
Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 85% artaraq 52 924 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
34 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
50 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
54 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





