Daha bir bank yeni maliyyə göstəricilərini açıqladı
“Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci rübünü 1 milyon 117 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2018-ci ilin 1-ci rübünü 853 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank”ın xalis mənfəəti 31% artıb.
“Marja” Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin Yanvar-Mart dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 2 milyon 219 min maant, cəmi xərcləri 1 milyon 58 min manat təşkil edib. Gəlirləri xərcləri üstələdiyindən Bankın 1 milyon 143 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyat mənfəətinin cəmi 25 min manatını ehtiyatlara ayırıb.
Ötən ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 2 milyon 61 min manat, əməliyyat mənfəəti 1 milyon 201 min manat təşkil etmişdi. Əməliyyat mənfəətinin 348.62 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılmışdı.
2018-ci ilin ilk rübündə "NaxçıvanBank"ın faiz gəlirləri 1 milyon 398 min manat ikən, 2019-cu ilin ilk rübündə 1 milyon 511 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 663 min mantdan 708 min manata qalxıb. Müqayisə olunan dövrüdə Bankın cəmi gəlirləri 158 min manat artıb.
BANK KİÇİLİB
31 Mart 2019-cu il tarixində "Naxçıvanbank" 191 milyon 952 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 67 milyon 727 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 31 Dekabr 2018-ci il tarixində Bankın cəmi aktivləri 196 milyon 541 min manat, o cümlədən müştərilərə verilən kreditlər 64 milyon 854 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























