"Expressbank" 2019 -un ilk rübünü mənfəətlə başa vurub
(®) İş prinsiplərində və müştəri münasibətlərində şəffaflığa önəm verən Azərbaycanın aparıcı banklarından olan “Expressbank” ASC 2019 – cu ilin ilk rübü üçün maliyyə hesabatını açıqlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, cari ilin birinci rübündə "Expressbank" müştərilərə müxtəlif təyinatlı maliyyə məhsullarını uğurla təqdim edərək, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini artırıb və dayanıqlıq göstəricilərini gücləndirmişdir. Belə ki, yaradılmış ehtiyatlar üçün 229 min manat vəsait ayrılıb və xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 78% artaraq 1 milyon 336 min manat təşkil edib. Kapitalın illik gəlirliyi isə birinci rüb üzrə 4.4% olmuşdur.
2019- cu ilin əvvəlindən bankın müştərilərə verdiyi kredit portfeli ötən ilin I rübü ilə müqayisədə 27% artaraq 240 milyon 830 min manat təşkil edir. Bununla yanaşı kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi isə ötən ilin eyni rübü ilə müqayisədə 2.6%-dən 1.87%-ə enib.
Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə və onların etibarlı tərəfdaşına çevrilməsinə hədəflənən Expressbank 2018- ci ilin ilin birinci rübü ilə müqayisədə maliyyə dayanıqlılığının yüksək olması ilə əhalinin banka artan etibarını aydın nümayiş etdirir. Bunun nəticəsində əmanətlər 15% artaraq 99 milyon 658 min manata çatıb. Həmçinin ilk rübdə bankın faiz gəlirləri 9 milyon 318 min manat, faiz xərcləri isə 2 milyon 470 min manat təşkil edib.
Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid ala bilərsiniz.
Link: 2019 - CU İL I RÜB HESABAT
Qeyd edək ki, Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























