Bakıda quraşdırılan yeni liftlərin qiyməti açıqlanıb
"İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır".
Bunu Bakı Lifttəmir İstehsalat Birliyinin sədri Xalid Ələkbərov deyib.
O qeyd edib ki, paytaxtda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəz olunması prossesi ilkin pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb. Növbəti mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılacaq: "Məqsəd istifadəyə yararsız liftlərin yeniləri ilə əvəzlənməsidir".
X.Ələkbərov bir liftin qiymətinin 12 800 ABŞ dolları olduğunu deyib.
Bakıda binalara yeni liftlərin quraşdırılmasına başlanılıb
Bakının Nizami rayonunda bəzi binalara yeni liftlər quraşdırılıb.
Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun strukturuna daxıl olan “Lifttəmir” İstehsalat Birliyi tərəfindən müvafiq hazırıq işləri görülüb, bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə danışıqlar aparılıb və artıq müqavilə imzalanmasına hazırlıq işləri başa çatıb.
Yeni liftin təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" qlobal şisteminin satış rəhbəri Tomas Rottc, "Wittur Holding GMBH" qlobal şisteminin İdarə heyətinin rəhbəri Ahmet Kambolat, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov iştirak ediblər.
Bildirilib ki, paytaxtda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəz olunması prossesi ilkin pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb, artıq liftlərin bir hissəsi Bakıya gətirilib və Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci liftin quraşdırılması həyata keçirilib.
Alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə əvvəllər alınan liftlərə nisbətən daha üstün olmaqla yanaşı qiymət baxımından daha ucuzdur.
Nəzərdə tutulub ki, ilkin mərhələdə pilot layihəsi kimi Nizami rayonundakı çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək, daha sonra isə digər rayonlarda da bu işlər aparılacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
23 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)










.jpg)




