Bir saata 60 qab hazırlayan lənkəranlı dulusçu
Cənub bölgəsində dulusçuluq sənətinin yaşı çox qədimdir. Xanlıqlar dövründən bu günə kimi Lənkəranda saxsı qablar istehsalı ilə yüzlərlə sənətkar məşğul olub. Zaman keçdikcə bu saxsı qabları məişətimizdə, mətbəximizdə sənaye üsulu ilə hazırlanan mis, alüminium qablar əvəz etdikcə, Lənkəranda dulusçuluq sənətinə maraq da azalmağa başladı. Ötən əsrin ortalarından bu günə kimi Lənkəranda onlarla dulusçu ailəsi bu sənətlə məşğul olurdusa, indi onların sayı da azalıb. Onlardan biri Əkbərovlar ailəsidir.
Lənkəran rayonunun Separadi kəndində yaşayan dulusçu Zahid Əkbərov 11 yaşından saxsı qablar və təndirlər hazırlayır.
Bu qədim sənət ona babasından miras qalıb. Özü isə dulusçuluğu atasından öyrənib. 120 il ömür sürən babası Mirəşrəf Əkbərov dulusçuluq çarxını 20 yaşında hazırlayıb. 180 il keçməsinə baxmayaraq çarx bu gün də işlək vəziyyətdədir. “Bu çarx yaşadığımız kənddə həmişə istifadə olunub və elə ona görə də salamat qalıb. İstifadə olunmasaydı, indi çürümüşdü. Vən (göyrüş) ağacından düzəldilib, bilirsiniz ki, o, çox möhkəm ağacdır”, - deyə Zahid usta bildirir.
Deyir ki, hər hansı saxsı qab hazırlayarkən əsas palçığı düzgün seçmək lazımdır. Materialı seçərkən mütəxəssis olmalıdır, hər adam onu bilmir: “Gil iki cür olur. Saxsı qablar və təndir üçün. Saxsı qabın tərkibində qum olmamalıdır. Qumsuz daha möhkəm olur. Palçığı evə gətirib bir həftə isladırıq, qıcqırır. Sonra onu tapdalayıb, hazır vəziyyətə gətiririk”.
Bir saata təxminən 60 qab hazırladığını bildirən dulusçu qeyd edir ki, alıcıların tələbatı daha çox piti qablarınadır. Həmçinin təndir də daha çox satılır. Sifarış olsa, bir günə 3 təndir hazırlaya biləcəyini söyləyir. Təndirlərin qiyməti ölçüsünə görə fərqlənir. 60 manatdan başlayaraq 120 manata qədər.
Usta deyir ki, son zamanlar dulusçuluq peşəsinə gənclərin marağı artıb. Hazırlamağa, almağa da böyük həvəs göstərirlər. Sənətkarın şagirdləri də çoxdur. Bu da o deməkdir ki, babalarımızdan bizə miras qalan dulusçuluq sənəti Lənkəranda yeni sənətkarlar nəslinin yetişməsi ilə gələcək nəsillərə ötürüləcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı





















