Dövlət Agentliyi əməliyyat zərərinə uğrayıb
Mənzil İnşaatı Dövlət Agentliyi 2018-ci ili 3 milyon 15 min manat xalis mənfəət ilə başa vurub. Lakin bu gəlir əsas əməliyyatlardan əldə edilməyib.
“Marja” 2018-ci il üzrə Mənzil İnşaatı Dövlət Agentliyinin illik maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Agentliyin gəlirləri dövlət yardımından və maliyyə gəlirlərindən ibarət olub.
Ötən il Agentlik dövlətdən 1 milyon 379 min manat yardım alıb. Buna qarşı ümumi və inzibati xərclər 1 milyon 970 min manat təşkil edib, sair əməliyyatlar üzrə 16 min manat zərər yaranıb və nəticədə Agentliyin 608 min manat əməliyyat zərəri yaranıb. Digər tərəfdən əldə edilmiş 4 milyon 371 min manat maliyyə gəlirləri əməliyyat zərərini bağlayıb. 748 min manat mənfəət vergisi ödənildikdən sonra Agentliyin 3 milyon 15 min manat xalis mənfəəti qalıb.
31 Dekabr 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi 103 milyon 313 min manat cəmi aktivlərə, 314 min manat cəmi öhdəliklərə və 100 milyon manat nizamnamə kapitalına malik olub. Aktivlərin təxminən 102 milyon manatını pul vəsaitləri təşkil edib. Bu Agentliyin maliyyə gəlirləri əldə etməsinin səbəbi bu pul vəsaitləridir.
Dövlət başçısının 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir.
Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
"Marja" "MİDA" MMC-nin 2018-ci il üzrə illik maliyyə hesabatlarına istinadən xəbər verir ki, MMC 2018-ci ili 2 milyon 229 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 49,3% çoxdur. Ötən il "MİDA" MMC 13 milyon 829 min manat ehtiyatların satışından gəlir və 117 min manat sair əməliyyat gəlirləri əldə edib. 12 milyon 900 min manat satılmış ehtiyatların maya dəyəri və 4 milyon 490 min manat ümumi və inzibati xərclər bu gəlirləri tamamilə silib və 3 milyon 144 min manat əməliyyat zərəri yaranıb. Digər tərəfdən 5 milyon 946 min manat maliyyə gəlirləri hesabına zərər bağlanıb və MMC-nin mənfəət vergisindən sonra 2 milyon 229 min manat xalis mənfəəti qalıb.
31 Dekabr 2018-ci il tarixində "MİDA" MMC 214 milyon 676 mijn manat cəmi aktivlərə, 435 min manat cəmi öhdəliklərə və 214 milyon 244 min manat cəmi kapitala malik olub. Kapitalın 10 milyon manatını nizamnamə kapitalı, 201 milyon manatını dövlət büdcəsindən ayırmalar təşkil edib.
Aktivlərin 142 milyon manatını ehtiyatlar təşkil edib. Ehtiyatlara tikintisi başa çatdırılmış satış üçün hazır binalar və tikintisi başa çatdırılmamış inşa olunan binalar daxildir.
Hazırda "MİDA" MMC Yasamal Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksi və Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsin layihələrini icra edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
9 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 9 saat əvvəl
-
-
11 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
14 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
14 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
14 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək























