Fed faiz qərarını açıqladı
Fed, 2019 üçün faiz endirimi siqnalı verdi. 17 Fed üzvünün 8-i 2019-cu il üçün daha aşağı faiz proqnozu verdi
ABŞ Mərkəz Bankının (Fed) qərar orqanı Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən toplantısı başa çatıb.
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) gözənildiyi kimi faizi dəyişmədi. Faiz 2.25% – 2.50% aralığında sabit saxlanılıb.
Fed, 2019-cu ildə faiz endirə biləcəyinin siqnalını verib. Fed-in İdarə Heyətinin 17-i üzvündən 8-i 2019-cu ildə faiz endirimi gözləyir. Həmçinin, 8 üzv 2019-cu ildə "səbirli olmağın" tərəfdarıdır. 1 üzv isə faizin artırılacağını gözləyir.
9 üzv 2020-ci il sonunda daha aşağı faiz gözləyir. 2019-cu il üçün faizi proqnozu 2.4%, 2020-ci il üçün 2.1%, 2021-ci il üçün 2.4% olub.
Fed-in qərar mətnində gələcək məlumatların yaxından izləndiyi və vəziyyətə uyğun şəkildə hərəkət ediləcəyi qeyd edilib. Qeyri-müəyyənliklərin artdığına diqqət çəkilib.
"Səbrli" ifadəsi mətndən çıxarılıb.
Əhalinin xərclərinin artdığı, biznes investisiyalarının "yumşaldığı" qeyd edilib, sorğuya əsaslanan inflyasiya gözləntilərinin az dəyişdiyi bildirilib. Fed-in mətnində "İşçi qüvvəsi bazarının güclü olduğu və iqtisadiyyatın mülayim bir sürətlə böyüdüyü" ifadəsi yer alıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Fed-in 2015-ci ildən bu yana faiz qərarları:
16 Dekabr 2015 - 25 bənd faiz artırımı
14 Dekabr 2016 - 25 bənd faiz artırımı
15 Mart 2017 - 25 bənd faiz artırımı
14 İyun 2017 - 25 bənd faiz artırımı
13 Dekabr 2017 - 25 bənd faiz artırımı
21 Mart 2018 - 25 bənd faiz artırımı
13 İyun 2018 - 25 bənd faiz artırımı
26 Sentyabr 2018 - 25 bənd artırımı
19 Dekabr 2018 - 25 bənd faiz artırımı
Sonuncu dəfə ötən Dekabrda faiz artıran ABŞ Mərkəzi Bankı, 2019-cu ildə faizin artırılması sayı ilə bağlı proqnozunu 3-dən 2-yə endirmişdi. 20 Mart 2019-cu il toplantısında proqnoz 2-dən sıfıra düşmüşdü.
Qlobal bazarlar Bakı vaxtı ilə saat 22:30-da başlayacaq Fed-in mətbuat konfransını gözləyirlər.
Fed-in qərarından sonra Dollar ucuzlaşıb. Avro/Dollar məzənnəsi 0,4% yüksələrək 1.1236 səviyyəsinə qalxıb (Bakı vaxtı ilə saat 22:15-ə olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
11 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib

























