Azərbaycanda şirkətlər daha çox mənfəət vergisi ödəyiblər
Vergi daxilolmalarının tədiyyə növləri və fəaliyyət sahələri üzrə bölgüsü açıqlanıb
2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi səfərbər olunub, proqnoza 110,1 faiz səviyyəsində əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3 faiz və ya 239,9 milyon manat artıb.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, habelə vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sektorlarında vergi daxilolmalarının artımına səbəb olub.
Qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi, mədən vergisi və sair daxilolmalar istiqamətində olub. ƏDV daxilolmalarında artım 18,3 faiz, mənfəət vergisi üzrə 33,7 faiz, əmlak vergisi üzrə 13,3 faiz, dövlət rüsumları üzrə 63,2 faiz, sair daxilolmalar üzrə 45,1 faiz, mədən vergisi üzrə 18 faiz, aksizlər üzrə isə 4.6 dəfə təşkil edib.
Əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. ƏDV üzrə göstərici 24,9 faizdən 25,3 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 31,4 faizdən 32 faizə, aksiz vergisi üzrə göstərici 7,1 faizdən 7,4 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4 faizdən 1,8 faizə, mənfəət vergisi üzrə göstərici 36,4 faizdən 38,2 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 25,7 faizdən 29,6 faizə qalxıb.
Cari ilin 5 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (48,4 faiz), rabitə sahəsində (40,6 faiz), nəqliyyat sahəsində (26,1 faiz), xidmət sektorunda (22,6 faiz), ticarət sahəsində (13,3 faiz), o cümlədən pərakəndə ticarətdə (32,4 faiz), tikinti sahəsində (9,6 faiz), digər fəaliyyət sahələrində (25,6 faiz) qeydə alınıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
54 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
58 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü

























