Azərbaycan şirkəti məhsullarını ilk dəfə Rusiyaya ixrac edib
Bu günlərdə “Cahan Pen plastik məmulatları istehsalı və satışı” MMC-nin istehsalı olan inşaat materiallarının Rusiya bazarlarına ilk ixracı baş tutub.
Şirkətdən aldığımız məlumatda bildirilir ki, 2018-ci ildə əsaslı investisiya qoyuluşundan sonra yenidən istifadəyə verilmiş müəssisədə istehsal olunan 7 növdə, 160 adda məhsula həm daxili bazarlarda, həm də xaricdə tələbat artır. Azərbaycan brendi kimi ixrac edilən bu məhsullar arasında PVC qapı-pəncərə profil və aksesuarları, hər ölçüdə içməli su və istiliyə davamlı kompozit borular, 120 adda fitinqs məmulatları mühüm yer tutur.
“Magna” əmtəə nişanı ilə xaricə ixrac olunan və Rusiyanın Moskva şəhərinə ilk olaraq 23 ton həcmdə göndərilən məmulatların bu ölkədə yerli istifadəçilər tərəfindən həvəslə alınacağı gözlənilir. “Cahan Holdinq” Şirkətlər İttifaqının Rusiya Federasiyasında açılmış satış ofisi bununla bağlı zəruri işləri də həyata keçirir.
Qeyd edək ki, bundan əvvəl “Cahan Holdinq”in Türkiyənin İqdır şəhərində də satış ofisi fəaliyyətə başlayıb. Eləcə də digər ölkələrə də ixrac olunması nəzərdə tutulan plastik məmulatlar 300-ə yaxın işçisi olan müəssisənin iş imkanlarının daha da genişlənməsinə və muxtar respublikamızın xarici ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)











.jpg)




