“Azercell Telekom” satınalma iddiaları ilə bağlı rəsmi mövqeyini açıqladı
“Azercell Telekom” MMC, əsas səhmdarı “AzİnTelecom” MMC-nin Ukraynanın aparıcı mobil operatoru “Vodafone Ukrayna” şirkətini satın ala biləyi barədə yayılan xəbər ilə bağlı rəsmi mövqeyini açıqlayıb.
MMC-dən “Marja”ya daxil olmuş məlumatda bildirilr: “17 İyul 2019-cu il tarixində “tech.liga.net” saytında və bəzi başqa saytlarda yerləşdirilən “Большие деньги. Компания из Баку приценивается к Vodafone Ukraine ” başlıqlı yazıya “Azercell Telekom” MMC olaraq aydınlıq gətirmək istərdik.
Vurğulamaq istərdik ki, məqalədə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir və fərziyyələrə əsaslanaraq oxucularda yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyildir. Oxucuları bu növ xəbərlərdə qeyd edilən məlumatlara inanmamağa səsləyirik".
Yayılan xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzİnTelecom” MMC Ukraynanın aparıcı mobil operatoru “Vodafone Ukrayna” şirkətini ala bilər. Hazırda tərəflər arasında bununla bağlı danışıqlar gedir.
Sövdələşmə baş tutsa, onun dəyəri azı 700 milyon ABŞ dolları olacaq. Bununla belə, ekspertlər bu rəqəmin 1,2-1,3 milyard dollara qədər arta biləcəyi qənaətindədir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 19 saat sonra
-
-
2 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 d. əvvəl
- 7 d. əvvəl
- 46 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib

























