"Apache" şirkəti Gömrüyü aldada bilməyib
Gömrükçülər külli miqdarda inşaat materialları və dekorativ məmulatların gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu hüquqpozma faktı Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi və "Hövsan" postunun əməkdaşlarının birgə həyata keçirdiyi malların eyniləşdirilmə tədbiri zamanı qeydə alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hövsan" dəniz limanı postuna İran İslam Respublikasından "Nargoon" adlı gəmi ilə "APACHE" MMC-nin gətirdiyi müxtəlif növ qranit daşları, döşəmə və divar üçün keramik plitələr daxil olub. Həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmək məqsədilə MMC tərəfindən müvafiq gömrük bəyannaməsi ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edilib.
Lakin gömrük yoxlaması zamanı gömrük bəyannaməsində göstərilən mallardan başqa, gömrük orqanına bəyan edilməyən 1980 kv.metr qranit daşları, 820 kv.metr döşəmə və divar üçün keramik plitələr, həmçinin qranitdən hazırlanmış 3 ədəd dekorativ məmulatlar aşkar olunub.
Ümumilikdə isə, təqribən 10 000 manat həcmində gömrük ödənişindən yayınma halının qarşısı alınıb.
Aşkar olunan hüquqpozma faktı ilə əlaqədar müvafiq struktur bölmələr tərəfindən araşdırmalar aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
-
10 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
11 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Şəkər ixracı 4 dəfədən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb






.jpg)
.jpg)













.jpg)







