"Lerik Relax”dakı insidentlə bağlı deputatın oğlu və daha 5 qohumu saxlanılıb
Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.
Məlumata görə, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.
Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.
Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.
Deputatın istirahət mərkəzində nə baş verib?
Lerik rayonunda Vergilər Nazirliyinin əməkdaşları döyülüb, ardınca da hadisəyə "Bandotdel" müdaxilə edib. Bu barədə bloger Azər Kazımzadə məlumat paylaşıb. A.Kazımzadə yazır:
"Lerikin deputatı İqbal Məmmədova məxsus (səhmlərin 50 faizi Rövnəq Abdullayevindir) "Relaks" istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən yoxlama aparılmasına icazə verilməyib və "Relaks" istirahət mərkəzinin mühafizəçiləri (başda İqbal Məmmədovun qardaşı oğlu olmaqla) Vergilər Nazirliyinin əməkdaşlarını vəhşicəsinə döyüblər. Bu hadisədən 5-6 saat sonra "Bandotel"in əməkdaşları "Relaks" istirahət mərkəzində rəhbərlik daxil hər kəsi həbs edərək istirahət mərkəzini bağlayıb. Həbs olunanlar arasında İqbal Məmmədovun qardaşı Çingiz Məmmədovun oğlu da var. Bu hadisədən dərhal sonra İqbal Məmmədova məxsus iki zavod fəaliyyətini dayandırıb".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© APA, Azadlıq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






