Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar
Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.
“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin İyul ayında azərbaycanlılar Türkiyədə 92 mənzil alıblar. 2018-ci ilin İyul ayında azərbaycanlılar Türkiyədə 73 mənzil almışdılar.
2019-cu ilin Yanvar-İyul dövründə (7 ayda) isə azərbaycanlılar Türkiyədə 623 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 487 idi.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 15-ci yerdədir. Yanvar - İyul ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar - 4071 mənzil. İraqlıların ardınca 2666 mənzil ilə İran, 1479 mənzil ilə Rusiya vətəndaşları gəlirlər.
Türkiyədə xaricilərə mənzil satışı sürətlə artır və yanvar-iyul dövründə 24 min 144 ədədə çatıb. Keçən ilin eyni dövründə xaricilərə 14 min 674 ədəd məznil satılmışdı. Beləliklə, xaricilərə mənzil satış 64,5% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)



