“Gilan Holding”in nizamnamə kapitalında növbəti böyük artım
Növbəti dəfə “Gilan Holding”in nizamnamə kapitalı artıb. Şirkətdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, “Gilan” MMC-nin nizamnamə kapıtalının həcmi 367 milyon 215 min 366 min manat artırılaraq 763 milyon 66 min 44 manata çatdırılıb.
Daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi.
"Holdinqin səmərəli fəaliyyəti, bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır. Bunun nəticəsi olaraq, “Gilan Holding” tərəfindən ölkə iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına və əhalinin rifahına verilən töhfələrin sayı çoxalır",- məlumatda deyilir.
Xəbər verdiyimiz kimi, 2019-cu ilin iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq 395 milyon 850 min 678 manata çatdırılmışdı. Daha əvvəl isə bu məbləğ 22 milyon 182 min 402 manat təşkil edirdi. Qısası, şirkətin nizamnamə kapitalı iyunda 373 milyon 668 min 276 manat artırılmışdı.
İyun və sonuncu artım ilə birgə “Gilan”a 740 milyon 883 min 642 manat maya qoyulub.
1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


