“Kapital Bank” dünya nəhəngi ilə anlaşdı
“Kapital Bank” ASC və informasiya texnologiyaları (İT) sahəsində beynəlxalq şirkət olan IBM arasında əməkdaşlığı əks etdirən anlaşma memarandumu imzalanıb.
İmzalanma mərasimində Bankın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və İBM-in Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak ediblər.
Qeyd edək ki, “Kapital” Bank bir sıra xidmətlərini müxtəlif texnoloji həllər üzərində müştərilərinə təqdim edir. Bank gələcəkdə əksər layihələri həyata keçirmək üçün IBM şirkətini özünə tərəfdaş seçib.
IBM memarandum çərçivəsində “Kapital Bank”ın İT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçirəcək. Bundan başqa, xarici mütəxəssislər tərəfindən həm ölkədə, həm də xaricdə müəyyən "workshop"lar təşkil ediləcək.
N.Zeynalov bildirib ki, “Kapital Bank”ın 2018-2021-cı illəri əhatə edən strateji hədəflərinə uyğun olaraq rəqəmsal bankçılığa keçid Bankın əsas məqsədidir: “Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Əməkdaşlığın ilkin mərhələsində 2019-cu ilin oktyabrında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə IT forumun keçirilməsi nəzərdə tutulur".
Xatırladaq ki, İBM şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram proqram təminatının və avadanlıqların istehsalçısı olaraq fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)








.jpg)






