Azərbaycanın böyük sığorta şirkətinin sədri dəyişdi
Anar Talıbov İdarə heyətinin sədri vəzifəsini tərk edib.
“AZSIĞORTA” ASC-nin rəhbərliyində dəyişiklik baş verib.
Şirkətdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, şirkətin İdarə heyətinin sədri Anar Talıbovun, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüldükdən sonra “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının üzvü olması planlaşdırılır.
Anar Talıbov əmək fəaliyyətinə 2003-cü ildə “MBASK” ASC sığorta şirkətində Satış üzrə baş nümayəndə vəzifəsində başlayıb, bu vəzifədə 2006-cı ilə qədər çalışıb.
2006-cı ildən “SUCSSESFUL STRATEGIES” şirkətində İcraçı direktor, 2007-ci ildə “Beynəlxalq Sığorta Şirkəti” ASC-də Satış və Marketinq Departamentinin müdir müavini, 2010-cu ildə "AZSIĞORTA" ASC-də Satış və Müştəri Xidmətləri Departamentinin müdiri, 2011-ci ildə "AZSIĞORTA" ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.
2012-ci ildən etibarən “AZSIĞORTA” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyib.
Bu gündən etibarən İdarə heyətinin sədri səlahiyyətlərini “AZSIĞORTA” şirkətinin İdarə heyətinin sədrinin müavini Yusif Soltanov icra edəcək.
Qeyd edək ki, şirkət Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.
"AZSIĞORTA" Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








