Bu kartı Azərbaycanda ilk dəfə “Xalq Bank” istifadəyə verdi
"Xalq Bank” və qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti xüsusi xidmətlərdən və əlavə imtiyazlardan faydalanmaq istəyən “Premium Banking” müştəriləri üçün hazırlanmış yeni “World Mastercard Black Edition” kartını təqdim ediblər.
Mükəmməl dizaynı və “Mastercard premium” loqotipi ilə seçilən “World Mastercard Black Edition” yeni unikal kartı istifadəçiləri yüksək keyfiyyətli xidmətlər və eksklüziv premium servislə təmin edir.
“World Mastercard Black Edition” kartının sahibləri dünyanın hər yerində unikal imtiyazlardan yararlana bilərlər. Hava limanı zalları üçün ən üstün proqram sayılan “Priority Pass”la “World Mastercard Black Edition” kartının sahibləri dünyanın istənilən aeroportunda 1 000-dən çox VIP-zala keçid hüququ əldə edirlər. Kart sahibləri uçuşdan əvvəl biletin və səyahət növündən asılı olmayaraq rahat gözləmə zallarında vaxtlarını keçirə bilərlər.
Kart istifadəçiləri qlobal olaraq 24 saat fəaliyyət göstərən və səyahət cədvəlin planlanmasında və dəbdəbəli təşkilində əvəzsiz köməkçi alət sayılan “MasterCard Concierge” xidmətindən də yararlana bilərlər. Bu premium konsyerj xidməti kart sahibinə tətil üçün turpaketlərin alınması, uçuşların və hotellərin rezervasiyası, həmçinin avtomobil icarəsində yardım edir və xüsusi təyyarə və ya yaxta ilə səyahətləri təşkil etməkdə köməkçi olur. “MasterCard Concierge” ölkə daxilində və ya xaricdə rok və pop konsertlərindən başlayaraq, opera və baletə, idman yarışları, restoranlarda proqramlara kimi hər növ əyləncə tədbirlərinə yer ayırmaqda geniş təcrübəyə malikdir. Xidmət, həmçinin yerli və ya beynəlxalq səviyyədə ən mükəmməl hədiyyənin tapılmasında da kömək edə bilər. Kart sahibləri etibar edə biləcəkləri xidmətlərin tapılmasında çətinlik çəkdikləri zaman konsyerj onları biznes xidmətlərinə (kuryer və ya katibə), ev xidmətlərinə (çilingər və ya elektrik, dayə, dil kursları, şəxsi məşqçilər) və peşəkar xidmətlərə (həkimlər, hüquqşünaslar, təcili yardım) yönləndirə bilər. Bu xidmət səyahət etdiyiniz ölkənin ən görməli-gəzməli yerləri haqda geniş məlumat verəcək.
Səyahətin məqsədindən asılı olmayaraq “World Mastercard Black Edition” kartının sahibləri dünyanın aparıcı avtomobil icarəsi şirkətlərinin premium klublarına qoşularaq təklif olunan üstünlüklərdən yararlana bilərlər. Kart istifadəçilərinə təqdim olunan imtiyazlar siyahısına xarici ölkəyə səyahət zamanı kart sahibinin və onun ailə üzvlərinin sığortalanması da daxildir.
“World Mastercard Black Edition” kartının istifadəyə verilməsini şərh edən “Xalq Bank”ın İdarə Heyətinin sədrinin müavini Xəzər Bağırlı bildirib: «“Mastercard” beynəlxalq ödəniş sistemi ilə “Xalq Bank” arasında olan tərəfdaşlıq hər iki təşkilatın peşəkar komandaları sayəsində möhkəmlənir. Əminəm ki, təqdim olunan “World Mastercard Black Edition” kartı müştərilərimizin ən tələbkar seqmentinin istəklərinə uyğun bir məhsuldur. Sözügedən kartın yaratdığı imkanlar istənilən yerdə – işdə, səyahət və əyləncə zamanı müştərilərimiz üçün əvəzsiz olacaq».
“Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib: “World Mastercard Black Edition” kartının buraxılışı yüksək keyfiyyətli premium bankçılıq xidmətləri istiqamətində atılmış əhəmiyyətli bir addımdır. Yeni kart məşğul həyat tərzi keçirən istifadəçilərin ehtiyaclarını ödəyən nüfuzlu bir maliyyə alətidir. Əminəm ki, kart sahibləri yeni məhsulun eksklüziv dizaynı və unikal xüsusiyyətlərini layiqincə qiymətləndirəcəklər. Mən “Xalq Bank”ı xüsusi imkan və üstünlükləri özündə birləşdirən yeni kartın buraxılışı münasibətilə təbrik edirm».
Qeyd edək ki, “Xalq Bank” Azərbaycanda “World Mastercard Black Edition” kartını istifadəyə verən ilk bankdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)




