“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda
(®) “Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin iştirakı ilə Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib.
Konsorsiumun təsis olunması haqqında müqavilə Bakıda keçirilmiş “3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” adlı konfransda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və magistral internet provayder “AzerTelecom” şirkəti arasında imzalanıb.
Konfransda çıxış edən “AzerTelecom” şirkətinin Baş direktoru Fuad Allahverdiyev Konsorsiumun dövlət və özəl sektor arasında davamlı inkişaf istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib.
“Konsorsiumun qurulması Azərbaycanın regionda Rəqəmsal Qovşaq olaraq mövqeyinin daha da güclənməsi, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin daha da genişlənməsinə töhfə verəcək. “AzerTelecom” şirkəti olaraq istər rəqəmsal infrastrukturdan istifadə, istərsə də Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Konsorsiuma dəstəyin verilməsinə hazırıq” - deyə Fuad Allahverdiyev qeyd edib.
“AzerTelecom” şirkətinin rəhbəri həmçinin şirkət tərəfindən Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı barədə danışıb. Bildirilib ki, proqramın məqsədi Azərbaycanın hazırki sahib olduğu enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlar üçün rəqəmsal mərkəzə çevirmək, iri infrastruktur layihələrini icra etmək və son nəticədə Azərbaycanın İKT sisteminin inkişafı, rəqəmsal ekosistemin formalaşmasına nail olmaqdıq.
Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunun yaradılması haqqında 4 tərəfli müqavilə ilk dəfə olaraq Asan İmza vasitəsilə onlayn olaraq imzalanıb. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























