Eyni gündə yaradılmış 2 şirkətə 16,6 milyon manatlıq sifariş
“AzNest" və "AQRİ KON" şirkətləri Dövlət Məşğulluq Xidməti üçün inventarlar, maşın və avadanlıqlar, kənd təsərrüfatı malları satın alacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2 şirkət ilə 16 milyon 587 min manatlıq 2 müqavilə imzalayıb.
“Marja” xəbər verir ki, müqavilələr “AzNest” QSC və “AQRİ KON” QSC ilə imzalanıb. “AzNest” QSC ilə imzalanmış müqavilə “Özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın şəhər və rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan əmlakın (inventarların, maşın və avadanlıqların) satınalması”nı nəzərdə tutur. Müqavilənin məbləği 10 milyon 356 min manatdır.
“AQRİ KON” QSC ilə imzalanmış müqavilə isə “Özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalması”nın nəzərdə tutur. Bu müqavilənin məbləği 6 milyon 230 min manatdır.
EYNİ GÜNDƏ YARADILIBLAR
28.06.2018-ci il tarixində yaradılmış və 2010 manat nizamnamə kapitalı olan “AzNest” şirkətinin qanuni təmsilçisi Elvin Ramazanovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavadxan, ev 51, m 48-dir.
28.06.2018-ci il tarixində yaradılmış və 2010 manat nizamnamə kapitalı olan "AQRİ KON" QSC-nin qanuni təmsilçisi isə Rəşad Sultanovdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Salatın Əsgərova, ev 121, m. 1-dir.
AVQUST VƏ OKTYABRDA DA BÖYÜK MƏBLƏĞLİ SİFARİŞLƏR BU ŞİRKƏTLƏRƏ VERİLİB
Dövlət Məşğulluq Xidməti Oktyabr ayının əvvəlində də “AzNest” MMC ilə müqavilə imalayıb. Məbləği 5 milyon 982 min manat olan həmin müqavilə də "Özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri olan əmlakın (inventarların, maşın və avadanlıqların) satın alınması"nı nəzərdə tutur.
Dövlət Məşğulluq Xidməti cari ilin Avqust ayında da "Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması"nı "AGRİ KON" QSC-yə sifariş etmişdi. İmzalanmış müqavilənin dəyəri 27 milyon 699 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
12 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
12 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















