Pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.
Müraciətdə bildirilir ki, pomidor bitkisinin ən təhlükəli zərərli orqanizmlərindən biri Pomidor lağımlayıcı güvəsi-(Tuta absoluta Meyrick) hesab edilir. Hazırda idxal-ixrac əməliyyatları sahəsində əməkdaşlıq edən ölkələr bu zərərvericini diqqət mərkəzində saxlayır, zərərverici yayılmış ölkələrin ərazisindən idxala məhdudlaşdırıcı fitosanitar tədbirlər tətbiq edirlər. Zərərvericinin yayılma yolları çox asan və sürətlidir.
"Azərbaycan Respublikasının aqrar ölkə olduğunu, bitki və bitkiçilik məhsullarının xüsusi ilə də pomidorun respublikanın bir çox rayonlarında becərildiyini və ixracda ilk yerlərdən birini tutduğunu nəzərə alaraq, sözügedən məsələlərə ciddi yanaşılması zəruridir.
Pomidor lağımlayıcı güvəsi pomidora ziyan vurmaqla yanaşı badımcan, bibər, lobya və s.bitkilərədə zərər vurmaqla onların keyfiyyətini və məhsuldarlığını aşağı salır. Pomidor lağımlayıcı güvəsinə qarşı aqrotexniki, bioloji, mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Müasir dövrdə tez və daha səmərəli nəticələrin alınması üçün fumiqasiya tədbirlərinə üstünlük verilir.
AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, Respublikamızda pomidor məhsulunun istehsal və ixrac potensialının aşağı düşməməsi, ixrac olunan yüklərdə zərərli orqanizmlər aşkar edilərək, yüklərin geri qaytarılmaması, ən başlıcası respublikamızın imicinə zərər gəlməməsi üçün, hər birinizi sözügedən məsələlərə önəm verməyə, rəhbərlik etdiyiniz məhsul becərilən ərazilərdə vaxtında və düzgün mübarizə tədbirlərinin həyata keçirilməsinə nəzarət etməyinizi xahiş edirik.
Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağırı Mərkəzi” və ya 012-377-00-77 (daxili 231, 239) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
19 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























