Unibank yeni biznes məhsulunu təqdim etdi
© Biznes tərəfdaşınızın sizdən aldığı məhsulun və ya xidmətin dəyərini ödəyəcəyini aylarla gözləməyin.
Həmin vəsaiti artıq sizə Unibank ödəyəcək. “Unibank”ın biznes sahiblərinə təqdim etdiyi “Ticarətin maliyyələşdirilməsi” adlı kredit məhsulu, şirkətlərin yerli debitor və kreditor borclarının faktura dəyərinin 90%-dək hissəsinin maliyyələşdirilməsi imkanı yaradır.
Bu məhsul çərçivəsində sahibkarlara təqdim olunan “Faktorinq” və “Satışın maliyyələşdirilməsi” kredit məhsulları, təhcizatçının borcunun alıcı tərəfindən deyil, Bank tərəfindən ödənişini nəzərdə tutur.
“Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir: “Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın və ya gördüyü işin dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış və göstərdiyi xidmət dəyərinin 90%-ə qədərini “Unibank”dan əldə edə bilir. Nəticədə isə müştərilər işlərini dayandırmadan, biznesinizlə bağlı digər plan və öhdəlikləri çox rahatlıqla və vaxtında yerinə yetirir. Məhsulun təminatsız olması, minimal sənəd tələbi və kreditdən daha ucuz olması, bu məhsulun üstünlüklərindəndir. Deyək ki, sahibkar 50 000 manatlıq məhsul satıb və ya xidmət edib. Xidməti alan tərəf isə bir neçə ay sonra ödəmək imkanındadır. Bu halda həmin borcun 90%-ə qədərini, təqdim olunan sənəd əsasında Unibank ödəyir. Bir növ bank borcu satın alır. Borclu olan tərəf isə möhlət verilən tarixədək aldığı məhsulun (xidmətin) pulunu banka ödəyir”.
“Ticarətin maliyyələşdirilməsi” məhsulları həm alıcı, həm də satıcı şirkət üçün üstünlüklərə malikdir. “Faktorinq” və “Satışın maliyyələşdirilməsi” məhsulları satıcı üçün alıcının ödəniş etməsini gözləmədən, maliyyə vəsaitini əldə etmək imkanı yaratmaqla, alıcı üçün də ödənişdə möhlət qazanmaqla yanaşı, satınalmalarını əlavə risk və xərc olmadan artırılması imkanı qazandırır. Bu məhsullar daim çeviklik və yeni etibarlı ticarət partnyorları tapmağı hədəfləyən KOS seqmenti üçün çox əhəmiyyətlidir.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























