Masterpass Hesab.az mobil tətbiqində!
® Yaxın günlərdə Hesab.az veb səhifəsində aktivləşən, Mastercard tərəfindən təqdim edilən Masterpass funksiyası artıq Hesab.az mobil tətbiqində də aktivləşdi. İstifadəçilərin gündəlik həyatında ən çox zamanlarını mobil tətbiqdə keçirməsini nəzərə alsaq, Mastercard tərəfindən təqdim edilən Masterpass funksiyası Hesab.az mobil tətbiqində də aktivləşməsi istifadəçilərə vaxt və sürət baxımından daha rahat olacaq.
Bunun üçün istifadəçilər sadəcə Hesab.az mobil tətbiqində yer alan “Saxlanılan kartlar” bölməsinə daxil olmalı və Masterpass altında kartlarını əlavə edib, saxlamalıdır.
IOS və Android istifadəçiləri “Hesab.az” mobil tətbiqini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.
Hesab.az Android: http://bit.do/hesabazandroid
Hesab.az IOS: http://bit.do/hesabazios
Məlumat üçün qeyd edək ki, “Masterpass” platforması “Mastercard”ın qlobal olaraq təqdim etdiyi, bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həllidir. “Masterpass”la kart məlumatları təhlükəsiz şəkildə “Mastercard” tərəfində yadda saxlanılır. Kart məlumatları “Masterpass”a sadəcə bir dəfə daxil edilir və bundan sonra hər ödəniş zamanı məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.
Bununla belə hazırda Hesab.az web səhifəsi və mobil görünüşündə (www.hesab.az , m.hesab.az) davam edən Masterpass kampaniyasında istifadəçilər 31 Dekabradək kommunal, internet, mobil, stasionar telefon, kabel TV, Naxçıvan ödənişlərini MasterCard və Maestro kartları ilə Masterpass vasitəsilə edilən minimum 20 AZN məbləğində ödənişlərini yerinə yetirən istifadəçilər dərhal 3 AZN endirim əldə edir.
Masterpass kampaniyasında hər bir kart və mobil nömrə ilə kampaniyada yalnız 1 dəfə iştirak etmək mümkündür.
Hesab.az-da keçirilən “Masterpass” kampaniyası çərçivəsində ilk 3000 nəfər endirim əldə edə bilər. Və bu sayın artıq yarısından çoxu qaliblər siyahısındadır. Siz də elə indi Hesab.az platformasında Masterpass kampaniyasına qoşulun və endirim əldə edin.
Kampaniya haqqında detallarla buradan əldə edə bilərsiniz: https://hesab.az/#/masterpass
Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























