IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlandı
Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyası “Data Analitikası”, “Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətləri üzrə yeni qəbul proqramını elan edib.
Bu proqramların hər biri üzrə Akademiyaya 25 tələbə qəbul olunacaq. Onlar 3 ay müddətində intensiv bootcamp kurslarında iştirak edərək müvafiq istiqamətlərdə proqramlaşdırma biliklərinə yiyələnəcəklər.
Ölkəmizin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacı nəzərə alaraq yaradılmış IBA Tech Akademiyasının yeni qəbul proqramı üçün məhz “Data Analitikası”, eləcə də “Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətlərinin seçilməsi təsadüfi deyil. Data analitikası və kibertəhlükəsizlik məsələləri hazırda bütün dünyada getdikcə aktuallaşır. Bu sahənin peşəkar mütəxəssislərinə həm ölkəmizdə, həm də qlobal əmək bazarında tələbat artır. IBA Tech Akademiyasında bu sahələr üzrə bilik və bacarıqlara yiyələnən tələbələr özlərinə qısa müddətdə uğurlu karyera qura biləcəklər.
Bu istiqamətlər üzrə Akademiyaya qəbul olunmaq istəyən şəxslər 24 yanvardan 29 fevraladək Akademiyanın rəsmi Facebook və internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az
Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə martın 14-dən başlayaraq 3 ay davam edəcək.
IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat imkanları təmin edilir.
Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Ötən ilin sentyabrında fəaliyyətə başlayan IBA Tech Akademiyasına ilk proqram üzrə qəbul olunmuş tələbələrin 90%-i təlim kurslarını uğurla başa çatdırıb. Onların 60%-i çox yüksək nəticələr göstərib. IBA Tech Akademiyasının ilk məzunlarından 50 nəfəri ixtisas istiqamətləri üzrə müxtəlif qurumlarda işlə təmin olunub. Məzunların qalan hissəsi isə əvvəldən ayrı-ayrı yerlərdə çalışan şəxslər və ali məktəb tələbələridir.
Qeyd edək ki, hazırda IBA Tech Akademiyasına Backend və Mobile Development proqramlarına qəbul üçün onlayn ərizə göndərmiş namizədlər arasından da seçim prosesi gedir. Həmin proqramlara qəbul olunmuş tələbələr fevralın 3-dən dərslərə başlayacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
11 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
34 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 44 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı























