TAP-ın tikintisi 221 zeytun ağacına görə ləngiyə bilər
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo ölkəsinin Latsio şəhər məhkəməsi tərəfindən TAP layihəsinin tikintisi üçün Ekologiya Nazirliyinin 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarının ləğvinə münasibət bildirib.
Səfir bildirib ki, İtaliya hökuməti bunun üzərində işləyir: "Hazırda İtaliya məhkəməsinə təqdim edilmiş bəzi inzibati məsələlər var. Əminəm ki, bu məsələ həll olunacaq. TAP-la bağlı işlər artıq başlayıb və layihənin reallaşması davam edəcək".
Qeyd edək ki, ötən gün Latsio məhkəməsi İtaliyanın Ekologiya Nazirliyi tərəfindən Apuliya regionunda yerləşən Melendunyo şəhərində TAP layihəsinin tikintisi ilə əlaqədar 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Məhkəmənin qərarı TAP-ın Melendunyo şəhəri ərazisində tikintisini də azı aprelin 19-dək bloklaşdırır. Aprelin 19-da məhkəmə bu məsələ ilə bağlı təkrar iclas keçirəcək.
Öz növbəsində "Reuters" agentliyi bildirir ki, əgər zeytun ağacları aprelin sonunadək köçürülməzsə, bu proses noyabradək uzanacaq. Çünki yay aylarında ağacların köçürülməsi onların məhvinə səbəb ola bilər.
Onu da əlavə edək ki, cari ilin mart ayından etibarən zeytun ağaclarının köçürülməsinə başlayan TAP konsorsiumu təxribatlarla üzləşməkdədir. "5 ulduz" hərəkatı tərəfindən təsis olunan "No TAP" komitəsi ağacların köçürülməsinə qarşı çıxır. Martın 29-da baş tutan etiraz aksiyasında etirazçılarla polis arasında şiddətli qarşıdurma baş verib.
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.2
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
19 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 22 d. əvvəl
- 27 d. əvvəl
- 32 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)
.jpg)








.jpg)






