Korporativ müştərilər Expressbankı seçir
® Ölkəmizin daim inkişaf edən iqtisadiyyatında sahibkarlıq fəaliyyəti mühüm yer tutur.
Bildiyiniz kimi, bu yolda Expressbank daim kiçik və orta sahibkarların, həmçinin iri biznes fəaliyyəti ilə məşğul olan iş adamlarının yanındadır.
Bu istiqamətdə tərəfdaşlarına individual yanaşma nümayiş etdirən Expressbank, fərdi və çevik tarif siyasəti, göstərdiyi yüksək keyfiyyətli xidmət nəticəsində 2019-cu il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərinin sayında 27% artım əldə etmişdir.
Üstəlik, Expressbank-ın “Əmək haqqı layihəsi” çərçivəsində təqdim edilən kart sayının həcmində qeydə alınmış 31% artım biznes sahiblərinin banka olan etimadının bariz nümunəsidir.
Həmçinin, 2018-ci il ilə müqayisədə bankın korporativ sahə üzrə qeyri-faiz gəlirlərində 52% artım müşahidə edilib. Bu da bank tərəfindən müştərilərə göstərilən xidmətlərin rahatlığını bir daha sübut edir.
Qeyd edək ki, 2019-cu il üzrə korporativ müştəri əməliyyatlarının 55%-i İnternet Banking Platforması üzərindən icra olunmuşdur. Sahibkarlar yaxşı bilir ki, İnternet Banking üzərindən istənilən zaman və dünyanın istənilən nöqtəsindən internet şəbəkəsi vasitəsilə operativ və təhlükəsiz şəkildə öz bizneslərini 7 gün, 24 saat rahatlıqla idarə edə bilirlər.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























