İslam İnkişaf Bankının regional ofisinin rəhbəri Azərbaycana gəlir
“İslam İnkişaf Bankının Ankaradakı regional ofisinin rəhbəri Saleh Celassi fevralın 27-də Azərbaycana səfər edəcək”.
Bu barədə İslam İnkişaf Bankının Ankaradakı regional ofisindən bildirilib.
Məlumata görə, İslam İnkişaf Bankının qiymətləndirmə missiyası hazırda ölkədədir: “İslam İnkişaf Bankı ilə “Azərsu” ASC arasında Azərbaycan rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi, eləcə də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) və İslam İnkişaf Bankı ilə birgə həyata keçirdiyi “Kənd yerlərinin kompleks inkişafı layihəsi” ilə bağlı müzakirələr aparır. S.Celassi müzakirələrin son gününə qatılacaq”.
Xatırladaq ki, ümumi dəyəri 103,8 mln ABŞ dollar təşkil edən “Kənd yerlərinin kompleks inkişafı layihəsi”nin icrası 2011-ci ildən başlayıb. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) və İslam İnkişaf Bankı ilə birgə həyata keçirir. Layihənin həyata keçirilməsi üçün İslam İnkişaf Bankı 66,4 mln ABŞ dolları, İFAD isə 19,35 mln ABŞ dolları məbləğındə kreditlər ayırıb.
İslam İnkişaf Bankı “Azərsu” ASC arasında Azərbaycan rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə 2012-ci ildən başlanılıb. Bank sözügedən layihəyə 200 mln ABŞ dolları ayırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)


