Fed-in faiz endirimi edəcəyi gözlənir
Qlobal investisiya bankı "Goldman Sachs" ABŞ Mərkəzi Bankının (Fed) İyun ayına qədər faizləri cəmi 0,75 bənd azaldacağını gözləyir.
Marja xəbər verir ki, "Goldman Sachs Group"un iqtisadçıları koronavirus ilə əlaqədar olaraq qlobal iqtisadiyyatda qısamüddətli tənəzzül gözlədiklərini, bu vəziyyətin də ABŞ Mərkəzi Bankını ilin ilk yarısında faiz endirimlərinə məcbur edəcəyini açıqlayıblar.
Bankın hesabatında, ölümcül virusa görə qlobal iqtisadiyyatın ilin ilk 2 rübündə azalacağını, ilin ikinci yarısında isə toparlanma olacağı nəzərdə tutulub. Bu fərziyyədə Fed-in Federal Açıq Bazar Komitəsinin Mart ayı iclasında 0,25 bənd, Aprel-İyun dövründə də cəmi 0,50 bənd faiz endirimi ola bilər.
"Barclays" iqtisadçıları da maliyyə bazarlardakı pisləşmə səbəbilə Fed-in Mart və Aprel aylarında 25 bənd bal faiz endirəcəyini nəzərdə tutur. Banka görə, Fed faiz endirimi gözləyən bazarları məyus etmək istəməyəcək.
Dünya iqtisadiyyatının vəziyyəti mövzusunda pessimist olan yalnız "Goldman Sachs" deyil. "Bank of America" iqtisadçıları da bu il qlobal iqtisadi artımın 2009-dan bəri ən pis dinamikanı göstərəcəyini nəzərdə tuturlar.
Qeyd edək ki, hazırda Fed-in faizləri 1.50% - 1.75% aralığındadır. Əgər "Goldman Sachs"ın ssenarisi reallaşarsa faizlər 0.75% - 1.00% aralığına düşəcəkdir.
"KORONOVİRUS İQTİSADİYYAT ÜÇÜN RİSK YARADIR"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, koronavirusun ABŞ iqtisadiyyatı üçün risk meydana gətirdiyini və iqtisadiyyatı dəstəkləmək üçün lazım olsa hərəkətə keçəcəklərini bildirib. Beləliklə, Fed sədri lazım olsa faiz endiriminə hazır olduqlarının siqnalını verib.
Powell yazılı şərhində, iqtisadiyyatda təməl göstəricilərin hələ güclü olduğunu, ancaq virusun risk yaratdığını qeyd edib və "Fed virus üzrə prosesləri və təsirlərini yaxından izləyir. Lazımlı olsa iqtisadiyyatı dəstəkləmək üçün uyğun olan vasitələri istifadə edəcəyik",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb







.jpg)






.jpg)









