Sement şirkəti mənfəətini bölüşdürəcək
Holcim (Azərbaycan) ASC-nin Müşahidə Şurası tərəfindən Səhmdarların İllik Ümumi Yığıncağı çağırılıb.
Marja Şirkətin elanına istinadən xəbər verir ki, Holcim (Azərbaycan) ASC Səhmdarlarının İllik Ümumi Yığıncağı 2020-ci il İyun ayının 3-də Bakı, İzmir küçəsi 1033 ünvanında yerləşən Hyatt Regency Otelin Görüş və Konfrans Mərkəzində yerləşən Quba Zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı Zalın foyesində saat 08:45-09:45-dək aparılacaqdır.
Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 03 İyun 2020-ci il tarixində keçiriləcək Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyi:
1. Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağının Sədrinin seçilməsi
2. Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi
3. 2019 maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsinin təsdiq edilməsi
4. Müşahidə Şurasına üzvün təyin edilməsi
5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi
6. Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi
7. Holcim (Azərbaycan) ASC ilə “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi
8. Holcim (Azərbaycan) ASC və “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi
9. Holcim (Azərbaycan) ASC və “Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LHIF” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi.
Qeyd edək ki, uzun müddətdir Holcim (Azərbaycan) ASC-nin fiziki şəxs səhmdarları dividend tələb edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























