Öldürücü virus Azərbaycanda sürətlə yayılır- YENİ REKORD
Son 24 saatda Azərbaycan Respublikasında 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.Son 24 saatda Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb. Bu indiyədək qeydə alınan ən böyük günlük saydır.
Marja xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhəbri İbrahim Məmmədov bildirib.
Qeyd edək ki, əvvəlki rekord 24 saatda 78 nəfər idi.
Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Mətbuat konfransında bildirilib ki, 3000 mindən artıq müayinə aparılıb və 105 yoluxma faktı aşkar edilib. Bu saya Naxçıvanda aşkar edilmiş yoluxmalar da daxildir.
Son 24 saatda 19 nəfər sağalıb və evə göndərilib. Cəmi sağalanların sayı 63 nəfərə çatıb. Ölənlərin sayı isə 8-dir.
Hazırda 750 aktiv koronovirus xəstəsi müalicə olunur.
İndiyədək 53 mindən çox test icra edilib.
5 milyon maska ehtiyatı yaradılıb
Hökumət rəsmisi bildirib ki, bu gün ölkədə 5 milyon maska ehtiyatı yaradılıb.
Onun sözlərinə görə, bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan artıq vəsait yığılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 9 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
40 d. əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Yeni ilə - Yeni Nissan Qashgai E-POWER (Hybrid) ilə
Azərbaycan neftinin son qiyməti
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib



















