SOCAR ölkədə izopropil spirtinin istehsalını bərpa etdi
Qlobal pandemiya ilə əlaqədar bazarlarda spirtə tələbat kəskin artıb.
Məhz bu tendensiya nəzərə alınaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olunub.
Sözügedən istehsalatın işə salınması EP – 300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı. “Azərikimya” İB-nin emal prosesində məqsədli məhsulların son məhsula çevrilməsi zəncirində öz yerini tutan MİPS (Mütləqləşmiş İzo Propil Spirti) istehsalatının fəaliyyətinin bərpa olunması qərarı izopropil spirtinə yerli və xarici bazarlarda tələbatınkəskin artması ilə bağlıdır.
Qurğuda həyata keçirimiş fasiləsiz təmir-bərpa işlərindənsonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələr istismara verilib və dərhal son məhsulun istehsalına başlanılıb. Bu da öz növbəsində bir tərəfdən MİPS məhsulu üzrə idxaldan asılılığın kəskin azalmasına, digər tərəfdən isə yüksək səmərəliliklə dünya bazarlarına ixracın artırılmasına gətirib çıxaracaq.
Müəssisədə MİPS istehsalı 2 mərhələlidir. Birinci mərhələdə texniki izopropil spirti istehsal olunur. İkinci mərhələdə isə Texniki Spirt saflaşdırılaraq MİPS məhsuluna çevrilir. “Etilen-Polietilen” zavodunda MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir.
Xatırladaq ki, izopropil spirti tibbdən başqa bir sıra başqa sahələrdə (avtomobil sənayesi, kimya sənayesi, farmokologiya, energetika və s.) tətbiq olunur.
Dezinfeksiya sahəsində mütləq izopropil spirti tam olaraq etil spirtini əvəz edir və bu sahədə“universal təmizləyicilər”də istifadə edilir, həmçinin 70%-li tibbi kağız dəsmallara (salfetlər)hopdurularaq mikroblardan qorunma vasitəsi və s. kimi istifadə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





