Böyüyən və gəliri artan banka Mərkəzi Bank əlavə pul ayırıb
Bank BTB 2020-ci ilin 1-ci rübünü 762 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin 1-ci rübünü 2 milyon 688 min manat xalis zərər ilə bağlamışdı. Zərərin səbəbi ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyatın yaradılmasına böyük məbləğdə ayırma idi.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Bank BTB-nin cəmi əməliyyat gəlirləri 7 milyon 984 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 56 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 928 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 166 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Beləliklə, Bank BTB 2020-ci ilin 1-ci rübünü 762 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2019-cu ilin yanvar-mart dövründə Bank BTB-nin cəmi gəlirləri 6 milyon 641 min manat, cəmi xərcləri 6 milyon 362 min manat təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən Bankın 279 min manat əməliyyat mənfəəti yaranmışdı. Bank BTB ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyatın yaradılmasına 2 milyon 966 min manat ayırdığından rübü 2 milyon 688 min manat zərər ilə bağlamışdı.
2019-cu ilin 1-ci rübündə Bank BTB-nin faiz gəlirləri 5 milyon 239 min manat ikən, 2020-ci ilin ilk rübündə 6 milyon 623 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 402 min manatdan 1 milyon 361 min manata geriləyib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
31 Mart 2020-ci il tarixində Bank BTB 364 milyon 348 min manat cəmi aktivlərə malik olub və aktivlərin 219 milyon 755 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
31 Mart 2019-cu il tarixində Bank BTB 291 milyon 88 min manat cəmi aktivlərə malik idi və aktivlərin 171 milyon 280 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
31 Dekabr 2019-cu il tarixində isə Bank BTB-nin aktivləri 341 milyon 542 min manata, kredit portfeli 206 milyon 649 min manata çatmışdı.
MƏRKƏZİ BANKDAN VƏSAİT CƏLB EDİB
2020-ci ilin ilk rübündə Bank BTB-nin Mərkəzi Banka borcu (Mərkəzi Bankın tələbləri) 2 milyon 990 min manat və ya 53% artaraq 8 milyon 635 min manata yüksəlib. Ötən ilin sonunda Mərkəzi Bankın tələbləri 5 milyon 645 min manat təşkil etmişdi.
Hesabat tarixində Bank BTB 63 milyon 21 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
-
34 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 51 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























