Prezidentdən sökülən məscid ilə bağlı tapşırıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
Bu haqda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub.
Dövlətimizin başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin sökülməsinin dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
Əli Həsənov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.
Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində məhdud imkanlara baxmayaraq, sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi diqqət yetirib. Dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncama əsasən yenidən tikilərək 1998-ci ildə dindarların istifadəsinə verilib.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilib. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Bundan başqa, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında çoxsaylı məscid və ibadət evlərini bərpa edib.
Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.
İslam dini - mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycanda dini bayramlar mütəmadi qaydada dövlət səviyyəsində qeyd olunur, dini ayinlərin icrasına hərtərəfli şərait yaradılır. Təsadüfi deyil ki, dini tolerantlığın məkanı kimi tanınan ölkəmizdə tarixdə ilk dəfə olaraq Heydər Məscidində vəhdət namazı qılınıb. Azərbaycanda heç vaxt dini və milli ayrı-seçkilik olmayıb, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bu, bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.
Azərbaycan həm də dünyada İslam mədəniyyətinin təbliği sahəsində önəmli tədbirlər həyata keçirir, islamofobiya meyillərinə qarşı açıq mübarizə aparır. Prezident İlham Əliyev xarici səfərləri çərçivəsində, beynəlxalq tədbirlərdə İslam dünyasını ləyaqətlə təmsil edir, öz çıxışlarında islamofobiyanı kəskin pisləyir, İslam mədəni irsinin və multikulturalizm ideyasının təşviqinə əməli töhfə verir. Fransanın məşhur Luvr muzeyində İslam bölməsinin yaradılması, Vatikanda İslam mədəniyyətini təbliğ edən sərginin təşkili Azərbaycanın bu istiqamətdə atdığı çox önəmli addımlardır. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunub, həmçinin qədim şəhərimiz Naxçıvan 2018-ci ildə ikinci dəfə Azərbaycanı bu statusda təmsil edəcək.
2017-ci ili “İslam Həmrəyliyi İli” elan edən Azərbaycan müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək üçün çoxsaylı tədbirlər təşkil edir. May ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı yox, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaq.
Prezidentin köməkçisi vurğulayıb ki, son illər respublikamızda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, bütün sosial-iqtisadi və mədəni infrastruktur müasirləşdirilir. Bakı şəhərində ən müasir standartlara uyğun parklar, xiyabanlar, yollar salınır, yeni binalar tikilir. Bu mənada Bakının Yasamal rayonunun “Sovetski” adlandırılan ərazisində aparılan yenidənqurma işləri paytaxtımızda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Həmin ərazidə köhnə, istifadəyə yararsız, lazımi kommunal şəraiti olmayan, paytaxtımızın müasir görünüşü ilə uyğunlaşmayan evlər və sosial obyektlər sökülür, vətəndaşlar şəhərin başqa yerlərində yeni müasir mənzillərlə təmin olunur. Həm də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər sakinlər tərəfindən razılıqla qarşılanır.
Əli Həsənov Azərbaycan Prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə əlaqədar müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
4 d. əvvəl
Gömrük Komitəsi: “Biləsuvar” gömrük postundakı problemlərə bəzi şəxslər səbəb olub
-
9 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
-
9 d. əvvəl
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
Ən çox oxunanlar
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO


















.jpg)
