4 milyon avro sərmayə yatırılan şirkət zərərdə "üzür"
01 Yanvar 2020-ci il tarixində “Gəncə Sənaye Cihaz” ASC 5 milyon 79 min manat yığılmış zərərə malik olub. Bu, şirkətin bir neçə ildir zərər ilə fəaliyyət göstərdiyinə işarədir.
Marja ASC-nin balansına istinadən xəbər verir ki, yığılmış zərər şirkəti 710 min manatlıq nizamnamə kapitalını tamamilə silib və kapitalda 3 milyon 832 min manat kəsir yaranıb.
Ötən il “Gəncə Sənaye Cihaz”ın cəmi aktivləri 126 min manat azalaraq 1 milyon 612 min manata geriləyib.
“Gəncə Sənaye Cihaz” ASC Mənfəət və zərər hesabatını dərc etmədiyindən gəlirlər, xərclər və mənfəət haqqında məlumat əldə edə bilmədik.
Qeyd edək ki, keçmiş sovetlər məkanında yeganə su sayğaclarının istehsalı üzrə tam ixtisaslaşdırılmış Gəncə-Cihaz zavodunun bazasında “Gəncə Sənaye Cihaz” ASC yaradılmış və 2006-cı il 30 iyun tarixdə investisiya müsabiqəsinin qalibi “Galf-Servis” MMC-yə idarə olunmaya verilmişdir. Müəssisəyə 4 milyon avro həcmində sərmayə yatırılmışdır. İllik istehsal gücü 250 min ədəd su, 240 min ədəd qaz sayğaclarının istehsalı sahəsi yenidən qurularaq fəaliyyətə başlamışdır. İstehsal olunan sayğacların hamısı “SMART” tipli olaraq, əvəlcədən odənişlidir və istehsalatın qurulmasında Fransanın “İTRON” şirkəti partnyor kimi iştirakedib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
39 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
55 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
59 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





