"Norm"ın satışdan gəlirləri və mənfəəti azalıb
Sement istehsalçısının 2018-ci ildə satışdan gəlirləri demək olar ki, yerində sayıb. Gəlirlərin artmamasına qarşılıq "Norm"ın xərcləri artıb.Azərbaycanda ən böyük sement istehsalçısı “Norm” MMC 2019-cu ili 30 milyon 87 min manat xalis mənfəət ilə bağlayıb.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Norm” MMC-nin xalis mənfəəti 4 milyon 719 min manat və ya 13,5% azalıb. “Norm” 2018-ci ili 34 milyon 806 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən il “Norm”ın satışdan gəlirləri cüzi azalıb. Belə ki, 2018-ci ildə 149 milyon 447 min manat təşkil etmiş gəlirlər 2019-cu ildə 149 milyon 210 min manata geriləyib (237 min manat azalıb). Xatırladaq ki, 2017-ci illə müqayisədə 2018-ci ildə "Norm"ın satışdan gəliri 23 milyon 175 min manat artmışdı.
Ötən il satışdan gəlirlərin 237 min manat azalmasına qarşılıq, satışın maya dəyəri 2 milyon 971 min manat artaraq 89 milyon 944 min manat təşkil edib.
Ötən il “Norm” MMC-nin ümumi və inzibati xərcləri də artıb. Bu göstərici üzrə xərclər 2 dəfə artaraq 9 milyon 317 min manat təşkil edib. 2018-ci ildə ümumi və inzibati xərclər 4 milyon 646 min manat təşkil etmişdi.
Şirkətin satış və marketinq xərcləri 2018-ci ildəki 3 milyon 983 min manatdan 2019-cu ildə 4 milyon 808 min manata, distrbiyutor xərcləri isə 7 milyon 210 min manatdan 8 milyon 721 min manata yüksəlib.
Gəlirlərin təxminən sabit qalması ilə bərabər xərclərin artması “Norm” MMC-nin xalis mənfəətinin azalmasına səbəb olub.
“Norm” MMC-nin cəmi aktivləri 2018-ci illə müqayisədə 60 milyon 355 min manat və ya 26,4% artaraq 2019-cu ilin sonunda 288 milyon 696 min manat təşkil edib. Aktivlərin artması “Digər aktivlər” üzrə göstəricinin artması ilə bağlıdır.
Qeyd edəkl ki, "Norm" MMC-nin maliyyə hesabatlarına “KPMG Audit Azerbaijan” şirkəti rəy verib.
Məlumat üçün bildirək ki, "Norm" MMC “NEQSOL Holdinq” şirkətlər qrupuna daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























