“Sərgi adı ilə xaricdə bir neçə gün vaxt keçirirdilər...”
“Biz keçən il sahibkarlarımızın aparıcı beynəlxalq sərgilərdə iştirakını mütəşəkkil qaydada təmin etmişik”.
Marja” xəbər verir ki, bunu Yevlaxda keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Əvvəlki illərdə bu, o qədər də geniş vüsət almamışdır və bəzi hallarda bizim beynəlxalq sərgilərdə iştirakımız formal xarakter daşıyırdı. Bir qrup insan ezam edilirdi. Onlar orada bir neçə gün vaxt keçirirdilər və demək olar ki, bu iştirakın o qədər də böyük əhəmiyyəti olmurdu.
Bizim beynəlxalq sərgilərdə iştirakımızın əsas vəzifəsi məhsulumuzu orada təbliğ etməkdir. Ən gözəl nəticə ondan ibarət ola bilər ki, o sərgi zamanı hansısa bir kontrakt da imzalansın. Artıq birinci təcrübə var və bu, burada da səsləndi. Çində böyük partiya şərabımızla bağlı artıq kontrakt imzalanıb və ixrac ediləcək. Ona görə, sərgilərdə iştirakımız praktiki məna daşımalıdır. Biz dünyanın bütün aparıcı sərgilərində iştirak etməliyik. Dövlət qurumları və sahibkarlar bunu öz iş qrafiklərinə salmalıdırlar.
Əlbəttə ki, dövlət orqanları, xüsusilə İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir, təşkil edəcək və sahibkarlar da fəal olsunlar. Çünki əvvəlki illərdə bizim problemlərimizdən biri də ondan ibarət olmuşdur ki, sahibkarlar tərəfindən də ixrac məsələlərinə lazımi diqqət göstərilmirdi. Bunun müxtəlif səbəbləri var. Onu da deməliyik ki, dövlət orqanları da buna o qədər də böyük fikir vermirdilər. Belə olan halda, işlər daha çox öz axarı ilə, kortəbii gedirdi. Ancaq bundan sonra biz ixrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik. Bugünkü müşavirənin məqsədi məhz bundan ibarətdir”,- İlham Əliyev deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























