"Azərbaycan Beynəlxalq Bankı" investisiya şirkəti yaradıb
Azərbaycanda daha bir investisiya şirkəti yaradılıb. Söhbət "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) təsis etdiyi "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dən gedir.
Yeni maliyyə qurumunun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Nadir Mansur oğlu Babazadədir. O, indiyə qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktor əvəzi işləyib.
Xatırladaq ki, ABB bundan əvvəl də qiymətli kağızlar bazarının iştirakçısı olub. Banka məxsus "International Transaction System" MMC 2015-ci ildə bazardan kənarlaşdırılıb. Buna səbəb Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qüvvəyə minməsi olub. 4 illik fasilədən sonra - ABB-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş yığıncağında yeni investisiya şirkətinin yaradılmasına qərar verilib.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
3 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 44 d. əvvəl
-
48 d. əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























