Unibank səhmdarlarının siyahısında dəyişiklik edilib
Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını Eldar Qəribova satıb“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə qaldırılıb.
Bankdan Marja-ya verilən məlumata görə, bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak paynın alınması hesabına baş verib.
“Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”ın AYİB-in ilk investisya etdiyi Azərbaycan bankı olduğunu və 2003-cü ildən bu yana birgə fəaliyyətin çox uğurlu əməkdaşlıq nümunəsi olduğunu bildirib: “Uzun illər “Unibank”ın səhmdarı kimi AYİB-inbankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub.AYİB öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, daha mürəkkəb illərdə Bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. AYİB-in də dəstəyi nəticəsində Unibank bu dəyişiklik mərhələsindən uğurla keçib. Bütün səhmdarlarımız adından indiyədək “Unibank”ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürümüzü bildiririk”.
AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə də“Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. “Unibank”ın AYİB-in ilk investisiya etdiyi Azərbaycan bankı olduğunu xatırladan xanım Duarte vurğulayıb ki, AYİB “Unibank”la birgə bir çox uğurlu layihələrə imza atıb və bankın kapitalının gücləndirilməsində iştirak edərək dəstək göstərib. 2003-cü ildən AYİB və Unibank birlikdə uzun və səmərəli bir yol keçiblər və gələcəkdə də müxtəlif sahələrdə bankla əməkdaşlıq davam etdiriləcək.
"AYİB-in əsas rolu özəl sektorda olan şirkətləri maliyyələşdirmək, kapitalında payçı kimi çıxış edib, onların instusional inkişafında iştirak etmək və dəstək olmaqdan ibarətdir. Qoyulmuş hədəflərə çatdıqdan sonra AYİB-in mandatı şirkət və bankların səhmdarları sırasından mərhələli çıxışını nəzərdə tutur.
AYİB-lə olan bu əməkdaşlıq “Unibank”a böyük təcrübə qazandırıb və bu təcrübə qarşıdakı illərdə də bankın inkişafında özünü göstərəcək".
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 13 d. əvvəl
-
- 32 d. əvvəl
-
50 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!




























