“Bakı Neft-Mədən Avadanlıqları” ötən ili mənfəətlə başa vurub
“Bakı Neft-Mədən Avadanlıqları” ASC 2019-cu il 198 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə şirkətin xalis mənfəəti cüzi artıb. Belə ki, ASC 2018-ci ili 195 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Neft-Mədən Avadanlıqları”nın əsas əməliyyat gəlirləri 1 milyon 836 min manat, əməliyyat xərcləri 1 milyon 588 min manat təşkil edib. Şirkət 247 min manat əməliyyat mənfəətindən 49 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bakı Neft-Mədən Avadanlıqları”nın əsas əməliyyat gəlirləri 1 milyon 871 min manat, digər əməliyyat gəlirləri 137 min manat, xərcləri 1 milyon 765 min manat, əməliyyat mənfəəti 243 min manat, mənfəət vergisi ödəməsi 49 min manat təşkil etmişdi.
31 Dekabr 2019-cu il tarixində “Bakı Neft-Mədən Avadanlıqları” ASC 1 milyon 264 min manat cəmi aktivlərə malik olub. Şirkət 2018-ci ilin sonunda 1 milyon 452 min manat cəmi aktivlərə malik idi.
“Bakı Neft-Mədən Avadanlıqları” ASC-nin 2019-cu il dekabrın 31-nə maliyyə hesabatı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























