“Bakı Pivə”nin xalis mənfəəti kəskin artıb
“Bakı Pivə” ASC 2019-cu ili 317 min 164 manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Pivə”nin xalis mənfəəti 61% artıb. ASC 2018-ci ili 197 min 38 manat xalis mənfəət ilə bağlamışdı.
Marja ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Pivə” ASC-nin əsas əməliyyat gəlirləri 2018-ci il səviyyəsində - 488 min 746 manat təşkil edib.
Ötən il “Bakı Pivə”nin cəmi gəlirləri 544 min 619 manat, cəmi xərcləri isə 227 min 455 manat təşkil edib.
2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Pivə”nin cəmi aktivləri 14% artaraq 2 milyon 882 min manata yüksəlib. Cəmi aktivlərin 87%-ni və ya 2 milyon 514 min manatını qısamüddətli debitor borcları təşkil edib. Ötən il qısamüddətli debitor borcları 378 min manat artıb.
Keçmiş Xırdalan Pivə Zavodu olan "Bakı-Pivə" ASC-nin əmlakı "Carlsberg Azerbaijan" MMC-nin ( əvvəlki "Baltika Bakı" MMC) icarəsindədir. "Carlsberg Azerbaijan" şirkəti mənzil-qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən “Carlsberg Group”a məxsusdur. "Bakı Pivə" ASC-nin də səhm nəzarət paketi “Carlsberg Group” şirkətinə məxsusdur. Pivə istehsalı və satışı ilə "Carlsberg Azerbaijan" şirkəti məşğul olur. Bu səbəbdən gəlirin böyük hissəsi bu şirkət tərəfindən götürülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




