"Koronavirusda ən pisi hələ gəlməyib" xəbərdarlığı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Ghebreyesus, ölkələrdə milli birliyin təmin edilə bilinməməsi, qlobal həmrəylikdə əskiklik və dünyadakı bölünmələrin yeni növ koronavirusun (Kovid-19) yayılmasına kömək etdiyini bildirib.
Marja xəbər verir ki, o, "Pandemiyada ən pisi hələ gəlmədi. Bunu söylədiyim üçün təəssüf edirəm. Amma bu cür mühit və şərtlərdə ən pisinin gəlməsindən narahatıq" xəbərdarlığını edib.
ÜST-in İsveçrənin Cenevrə şəhərində olan mərkəzində video konfrans yolu ilə təşkil edilən mətbuat konfransında danışan Ghebreyesus, dünyada Kovid-19-a yoluxduğu aşkar edilənlərin sayının 10 milyonu, virusdan ölənlərin sayının da yarım milyonu aşdığını xatırladıb.
"Virus sona çatmağa yaxın belə deyil"
Bir çox ölkənin, virusun yayılmasının qarşısını almaq üçün bənzəri görülməmiş tədbirlər gördüyünü vurğulayan Ghebreyesus belə danışıb:
"Bu tədbirlər virusun yayılmasını yavaşlatmaqda müvəffəqiyyətli oldu. Lakin tamamilə dayandırmadı. Bəzi ölkələr iqtisadiyyatlarını və cəmiyyətlərini yenidən açmağa başladıqları üçün yoluxmaların yenidən ortaya çıxması ilə qarşı-qarşıya qalır. Bir çox insan virusa ciddi baxmır. Virusun hələ yayılacağı çox sahə var. Hamımız bunun bitməsini istəyirik. Hamımız həyatımıza qaldığı yerdən davam etmək istəyirik. Amma gerçək budur ki, bu epidemiya sona çatmağa yaxın belə deyil".
"Bir çox ölkə bəzi irəliləyişlər qeyd etmiş olsa da qlobal olaraq pandemiya əslində sürətlənir" deyən Ghebreyesus, dünyanın epidemiya ilə birlikdə çox şey itirdiyini amma ümidin itirilməməsi lazım olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
31 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
52 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























