“Bakı Polad Burazlar”ın xalis mənfəəti azalıb
“Bakı Polad Burazlar” ASC 2019-cu ili 70 min 890 manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə ASC-nin xalis mənfəəti 8 min 684 manat və ya 11% azalıb.
Marja ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə satışdan gəlirlər 804 min 740 manat ikən 2019-cu ildə 858 min 776 manata yüksəlib. Satışın maya dəyəri isə 253 min 407 manatdan 440 min 915 manata yüksəlib. Satışın maya dəyərindəki artımın satışdan gəlirlərdəki artımdan yüksək olması ümumi mənfəətin 24% azalaraq 417 min 861 manata düşməsinə səbəb olub.
Ötən il “Bakı Polad Burazlar”ın inzibati və sair xərcləri də artıb. Həm maya dəyərinin, həm də xərclərin artması xalis mənfəətə mənfi təsir edib.
"Bakı Polad Burazlar" ASC burazların (tros) istehsalı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























