Unicapital-ın rəhbərliyində yeni təyinatlar olub
“Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin qərarı ilə Tələt Kalayev “Unicapital” İnvestisiya Şirkəti ASC-nin biznes və biznesin inkişafı üzrə baş menecerin müavini təyin olunub.
Şirkətdən Marja-ya verilən məlumata görə, Tələt Kalayev bu vəzifəyə təyin olunanadək “Unicapital”da baş menecerin müşaviri vəzifəsində çalışıb. O, “Unicapital” İnvestisiya Şirkətinə 2020-ci ilin yanvar ayından qoşulub. Azərbaycan kapital bazarlarında 12 ildən çox iş təcrübəsinə malik olan Tələt Kalayev, müxtəlif illərdə “Standard Kapital”, Böyük Britaniyanın “Kazimir Partners” investisiya şirkəti (tədqiqatçı-analitik), Bakı Fond Birjası (Ticarət və Üzvlük departamentinin rəhbəri) və “PAŞA Kapital” İnvestisiya Şirkətində (direktor müavini) çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasında BBA və MBA proqramları üzrə bakalavr və magistr dərəcəsinə malikdir və təhsilini Almaniyanın Aşağı Saksoniya Menecment Akademiyasında davam etdirib. CFA level II namizəddir.
“Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin digər qərarı ilə Tural Salmanov “Unicapital” İnvestisiya Şirkəti ASC-nin Maliyyə və Biznesə dəstək üzrə baş menecerin müavini təyin olunub. Tural Salmanov bu vəzifəyə təyin olunanadək həm “Unibank Kommersiya Bankı” ASC-də aparıcı daxili auditor, həm də “Unicapital” İnvestisiya Şirkətində daxili auditor vəzifəsində çalışıb. Tural Salmanov “Unicapital” İnvestisiya Şirkətində fəaliyyətə 2016-ci ilin mayından başlayıb. 2011-ci ildən isə Unibank komandasındadır. Ümumilikdə bank və maliyyə sektorunda 9 ilə yaxın təcrübəyə malikdir. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcəsinə malikdir. ACCA beynəlxalq imtahanları üzrə maliyyə sahəsində inkişafını davam etdirir.
Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin ümumi kapitalı 1,5 milyon manata yaxındır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)













.jpg)



