Azərbaycanda elektrik enerjisi istehsalı artıb
2020-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2153,7 mln. kVt·st, ixracı 98,8 mln. kVt·st, idxalı 9,3 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 14,1 mln. kVt·st, ixrac 61,5 mln. kVt·st artıb, idxal isə 9,9 mln. kVt·st azalıb. Bu barədə Marja-ya Energetika Nazirliyindən bildirilib.
Cari ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,2 mln.kVt·st artaraq 12950,2 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 27,8 mln. kVt·st artaraq 12084,0 mln. kVt·st, SES-lərdə 199,9 mln. kVt·st azalaraq 680,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,4 mln. kVt·st azalaraq 185,9 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 54,8 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 23,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 108,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11571,3 mln. kV·ts (İES-lərdə 11002,6 mln. kVt·st, SES-lərdə 568,47 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 195,4 mln. kV·st (İES-lərdə 75,8 mln. kVt·st, SES-lərdə 99,8 mln. kVt·st, Günəş ES-də 19,8 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1134,6 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 621,1 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 52,2 mln. kVt·st, idxalı isə 71,5 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 8,8 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





