Tbilisidə iqtisadiyyat ixtisası üzrə təhsil al - QƏBUL BAŞLADI
Tbilisi Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq İqtisad Məktəbi (ISET) yüksək nüfuzlu İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulu elan edir. Azərbaycanlı namizədlərə aşağıdakılar təklif olunur:
-Təhsil haqqının yarısını və ya hamısını əhatə edən təqaüdlər
-Yaşayış təqaüdü
-Tbilisidə təhsil aldığı dövr ərzində pulsuz olaraq mənzil ilə təminat
-Avropada təcürbə keçmək və və ya bir semestr təhsil almaq imkanı
-Yay təcürbəsi və Azərbaycanda işlə təminat
-Amerika Birləşmiş Ştatlarında (ABŞ) və Qərbi Avropada reytinqli PhD proqramlarına qəbul olunmaqda dəstək
Magistr proqramına qəbul olan hər bir azərbaycanlı tələbə həm İSET-in yay riyaziyyat düşərgəsində ( 2017-ci ilin avqustunda 3 həftə), həm də birinci minisemestr (2017-ci il sentyabr-oktyabrda 8 həftə) ərzində tam ödənişsiz əsaslarla təhsil alacaq. İmtahanlarda nailiyyət əldə edən bütün azərbaycanlı tələbələrə təqaüd veriləcək.
2017-ci ilin payızı üçün aprelin 27-si 2017-ci ilə kimi ərizələrin online (www.iset.ge) qəbulu aparılacaq. İngilis dili və riyaziyyat üzrə olan qəbul imtahanı 2017-ci il mayın əvvələrində Bakıda keçiriləcək.
İSET-in tədris proqramı ABŞ və Qərbi Avropada ən yaxşı proqramları əhatə edir və beynəlxalq professorlar tərəfindən bütün dərslər İngilis dilində tədris olunur. 2017-ci ildə İSET-ə qəbul olacaq tələbələr ixtisaslaşmaq üçün Enerji və Ətraf Mühit, Sosial Siyasət, Kənd Təsərrüfatı İqtisadiyyatı, Makroqitisadi Siyasət və Özəl Sektorun İnkişafı kimi sahələri seçə bilər və onlara professional karyeraya hazır olmaq üçün dövlət siyasəti, bank işi və maliyyə analizi üzrə şəxsi tədris proqramlarını tərtib etməyə şərait yaradılır.
Azərbaycanlı tələbələrə ABŞ-ın və Qərbi Avropanın ən aparıcı PhD proqramlarında təhsil almaq üçün köməklik edilməsini xüsusi vurğulamaq istəyirik. İSET məzunları Stanford, Çikaqo, New York, McGill, Pennsylvania, Warwick, McGill, Caltech və digər universitetlərdə təhsil alırlar. Hal-hazırda İSET məzunlarının 34 nəfəri ABŞ və Qərbi Avropada PhD təhsillərini davam etdirirlər və hamısı tam təqaüd alırlar.
İSET haqqında: İSET BP, CERGE-EI Foundation, Gürcüstan höküməti, Norveç Xarici İşlər Nazirliyi, Açıq Cəmiyyət İnstitutu, İsveç Beynəlxalq Əməkdaşlıq Agentiliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Dünya Bankı kimi beynəlxalq donorlar konsersyumu tərəfindən 2006-cı ildə yaradılmışdır. Cənubi Qafqazda iqtisadiyyat üzrə beynəlxalq çaplı magistr proqramı təklif edən yeganə təhsil mərkəzidir. 287 məzunun hamısı hal hazırda işləyir və ya xaricdə təhsil alır. İSET məzunları Cənubi Qafqazın Mərkəzi Banklarında aparıcı analitik vəzifələri tutur və ya xaricdə PhD proqramlarında təhsillərini davam etdirirlər.
Müraciətçilər online şəkildə də daha çox məlumat əldə edə bilərlər: www.iset.ge
Əlaqələndirici şəxs: Maya Surguladze, Tel: +995 (322) 507 177 ext.104 [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
2 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU














.jpg)


.jpg)


