Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı artıb - MƏBLƏĞ
2020-ci ilin I yarısında da manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunmuşdur.
Marja xəbər verir ki, bu, xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilib ki, hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin artması müşahidə edilmişdir. Yarımillik ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4.7% artaraq 12.7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur.
Nağdsız valyuta əməliyyatlarının 86.5%-i ABŞ dollarında, 13.5%-i isə digər valyutalarda aparılmışdır.
Valyuta əməliyyatlarının 38.3%-i banklararası valyuta bazarında (BVB), 61.7%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır.
Dövr ərzində BVB-də əməliyyatların 99.3%-i ABŞ dollarında, 0.6%-i avroda, 0.1%-i isə digər valyutalarda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 7.8 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 78.5%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 92.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 16.4% artaraq hesabat dövründə 3.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 2.9 mlrd. dollarını və ya 92.2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 34 d. əvvəl
- 43 d. əvvəl
-
54 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)



.jpg)



.jpg)







