Azərbaycan maye qazı Əfqanıstan gömrüyündə saxlanılıb - SƏBƏB
"Məhsul son istehlakçıya çatana qədər bir neçə əldən keçir"Azərbaycanın neft məhsulları Əfqanıstana təkrar satıcılar və bəzən də qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətə mənfi təsir göstərir.
Bu barədə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Əfqanıstanın özəl şirkətlərdən biri tərəfindən Azərbaycandan idxal olunan 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmir yolu sisternlərindən gedir) maye qazın Əfqanıstan gömrüyündə saxlanılması barədə informasiyanı şərh edərkən bildirib.
Gecikmənin səbəbi kimi maye qazın keyfiyyətsiz olması və Əfqanıstan standartlarına uyğun gəlməməsi göstərilib.
“Heydər Əliyev adına neft emalı zavodumuz Azərbaycanda mayeləşdirilmiş qazın (LPG) əsas hissəsini istehsal edir. İstehsalat standartı 20448-2018-dir və bu standarta görə məhsuldakı butan ən azı 60 faiz olmalıdır, bizim LPG-mizdə isə bu, təxminən 75 faiz təşkil edir. Lakin SOCAR özü bu məhsulun ixracı ilə məşğul deyil. Qaz məhsulun həm ölkə daxilində, həm də ondan kənarda satışını həyata keçirən “Məişət Maye Qaz” MMC adlı şirkətə satılır. Bildiyim qədər bu şirkətin özü də məhsulu birbaşa Əfqanıstana ixrac etmir, onu adıçəkilən ölkəyə başqa təkrar alıcılar gətirir. Yəni məhsul, çox güman, son istehlakçıya çatana qədər bir neçə əldən keçir”, - İ.Əhmədov deyib.
KİV-də qeyd olunan hallarla bağlı qeyd olunan keyfiyyət səviyyəsinə toxunan İ.Əhmədov vurğulayıb ki, bu məhsul Azərbaycan Dövlət Neft Şirkətinin zavodunda belə tərkibdə istehsal oluna bilməzdi.
“Sıfır bütan tərkibli LPG yəqin ki yanacaq çatışmazlığı səbəbindən işləməzdi və bu, mütləq şəkildə yerli istehlakçının diqqətini çəkərdi. KİV-dəki informasiya natamam olduğundan ticarət şirkətləri tərəfindən Əfqanıstana göndərilən məhsulun əsas hissəsinin nədən ibarət olduğu aydın deyil, bir halda ki, onun tərkibində bu qədər az həqiqi maye qaz varsa. Məhsul buxarlanmaya məruz qaldığı üçün onu təzyiqli germetik sisternlərdə daşımaq lazımdır. Məhsulun hansı şəraitdə daşındığı, yolda və ya əldən-ələ keçərkən başına nə gəldiyi məlumumuz deyil”, - o söyləyib.
SOCAR nümayəndəsi onu da əlavə edib ki, bir müddət əvvəl Əfqanıstan hökumətinin yüksək vəzifəli şəxsləri Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşlərdə neft məhsulları birbaşa şirkətimizdən almaq istəklərini bildiriblər.
“Onların sözlərinə görə, neft məhsullarımız Əfqanıstana təkrar satıcılar və bəzən də qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətə mənfi təsir göstərir. Düşünürəm ki, gələcəkdə Əfqanıstan tərəfi ilə birbaşa ticarət əlaqələri qurmağın perspektivi var. O zaman məhsullarımız Əfqanıstana Heydər Əliyev adına neft emalı zavodundan ayrıldığı kimi çatacaq”, - İ.Əhmədov vurğulayıb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda "AVRO-5" standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 mln tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.
Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən, köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernizasiya işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
12 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
12 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
19 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)








.jpg)











