Unibank həssas əhali qruplarına dəstək olmaqda davam edir
(®️) Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank daha iki vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb.
Nazlı Bayramova və Ramil Səmədov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandırlar. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.
Nazlı Bayramova: “Mənim üçün çox sevindirici gün oldu. Nəhayət, ən böyük arzuma çatdım. Sevdiyim işlə məşğul ola biləcəm. Unibank mənə bu işimi qurmaq üçün lazım olan avadanlıqları təqdim etdi. Bu layihədə əməyi keçən hər kəsə çox təşəkkür edirəm!”
Ramil Səmədov: “Mən uzun illərdir bu işlə məşğul oluram. Amma lazımi avadanlıqlarım olmadığından həmişə problem yaranıb. Bu avadanlıqları almağa isə imkanım olmayıb. İnanıram ki, bu gündən sonra müştərilərimin də sayı artacaq, gəlirlərim də çoxalacaq. Layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
48 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)








.jpg)







